Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışında 8 ildir narkotik asılılığından əziyyət çəkən Aygün öz həyat hekayəsini danışıb. O, rəfiqəsinin təklifi ilə narkotikdən istifadə etməyə başladığını deyib: “Birlikdə kosmetik vasitələr satırdıq. Qeyri-rəsmi nikahda yaşadığı oğlanla narkotik istifadə edərkən görürdüm. Dedi, pis bir şey deyil. “Patı”dan başladım, sonra da “kakos”a keçdim”.
Pis vərdişdən qurtulmaq istədiyini deyən Aygün narkotikə görə bədənində əmələ gələn yaraların çətinliklə sağaldığını qeyd edib.
Qadının sözlərinə görə, həyat yoldaşı da narkotik asılılığına görə ondan ayrılıb və hazırda övladları ilə görüşə bilmir: “Yoldaşım dəfələrlə ev şəraitində məni müalicə etdirdi. Qalmadım, qaçdım. Ayrılsam da, məndən əl çəkmirdi. Deyirdi, səni bağışlayıram, uşaqlarının yanına qayıt”.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı