Azərbaycan ərazilərinə rus kontingetinin məsuliyyətsizliyi səbəbindən qeyri-qanuni daşınan silah və sursatın Rusiyaya verilməsi mümkün deyil. Bu, rusiyalı politoloq Oleq Kuznetsov tərəfindən irəli sürülən məntiqsiz təklifdir.
Bu sözləri BUTA.TV-a hərbi ekspert Ədalət Verdiyev Qarabağdakı erməni terror qruplaşmalarından götürülən silah-sursatın Rusiya ordusuna verilməsi ilə bağlı səsləndirilən fikrə münasibət bildirərkən deyib.
O bildirib ki, bu silahların aqibətinə yalnız Azərbaycan qərar verə bilər:
“On milyonlarla dollar qiyməti olan bu silahlar Azərbaycan ərazilərində erməni silahlılarından müsadirə edilib. Həmin silahların yararlı olan hissəsi qanunvericiliyə müvafiq surətdə Azərbaycan Ordusunun arsenalına daxil ediləcək. Digər hissəsi məhv ediləcık və yaxud da Qənimətlər Parkında nümayiş olunacaq”.
Qeyd edək ki, rusiyalı tanınmış politoloq, tarix elmləri namizədi Oleq Kuznetsov Qarabağdakı erməni terror qruplaşmalarından götürülən silah-sursatın Rusiya ordusuna verilməsini təklif edib. Bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı erməni hərbi birləşmələrindən götürdüyü 66 milyon silah-sursat Ukraynada xüsusi əməliyyat keçirən rus ordusuna verilsə, çox yaxşı olardı.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı