Kürdəmirdə yaş yarımlıq körpə faciəvi şəkildə öldü

17:32 - 12 Oktyabr 2023 - GÜNDƏM

 Kürdəmirdə yaş yarımlıq körpə faciəvi şəkildə öldü

Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həyətyanı sahəyə içməli su gətirən QAZ-53 markalı su maşınının sürücüsü Sahib Sabir oğlu İsgəndərov avtomobili geriyə verərkən ehtiyyatsızlıq edib və 2022-ci il təvəllüdlü Uğur Semral oğlu Bəkirovun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanlı fotoqraf Makrona məktub yazdı

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol