Azərbaycan Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə aparmaq və sentyabrın 19-20-də baş tutmuş antiterror tədbirləri zamanı etnik təmizləmə törətmək istəyi ilə bağlı bütün ittihamları qəti şəkildə rədd edir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə keçirilən iclasda deyib.
Nazir müavininin sözlərinə görə, Azərbaycan Ermənistanın 30 illik qanunsuz işğalından sonra ilk dəfə bütün ərazisi üzərində tam suverenliyini bərpa edə bilib.
“Ermənistan sentyabrın 19-20-də Azərbaycan tərəfindən dinc əhaliyə qarşı etnik təmizləmə və kobud rəftar olması ilə bağlı əsassız ittihamlar irəli sürür. Bu ittihamlar heç bir şəkildə reallığı əks etdirmir, üstəlik, BMT-nin artıq iki missiyasının digər beynəlxalq qurumlarla birgə Qarabağa səfəri zamanı çıxardığı nəticələrlə tamamilə ziddiyyət təşkil edir”, - o söyləyib.
Nazir müavini bildirib ki, Azərbaycan etnik təmizləmə aparmayıb və aparmayacaq da, mülki əhaliyə hücum etməyib, etməyəcək də...
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı