Tiflisdə parlamentin qarşısında Gürcüstanda erkən nikahla bağlı aksiya təşkil edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, dinc aksiyada yüzlərlə insan iştirak edib.
Aksiyanın keçirilməsinin əsas məqsədi uşaqları qorumaq, onları təhsilə yönəltmək, erkən nikahla bağlı qanunda daha sərt tədbirlərin görülməsi üçün dəyişikliklər aparılsın.
Dinc aksiyanın təşkilatçılarından biri, hüquq müdafiəçisi Samirə Bayramova bildirib ki, erkən nikah Gürcüstanda tək azərbaycanlıların problemi deyil:
"Gürcüstanın bir çox regionları var ki, statistika Azərbaycanlılar yaşayan bölgələrdən daha çoxdur. İmereti ərazisində erkən nikahların statistikası olduqca böyükdür. Statistikaya əsasən, ən çox erkən nikah elə paytaxt Tbilisidə baş verir".
"Gender bərabərliyi, qadın və uşaq hüquqları ilə bağlı Gürcüstanın bütün bölgələrində maarifləndirmə işləri aparırıq, vətəndaşlarla görüşürük. Hər bir kənd, hər bir icma, hər bir məktəbdə bu görüşlərimiz baş tutur və tutacaq", – hüquq müdafiəçisi qeyd edib.
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan