18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə üçrəngli, ay ulduzlu Azərbaycan bayrağı növbəti dəfə Nyu Yorkun simvolu və maliyyə mərkəzi hesab olunan “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb.
BUTA.TV xəbər verir ki, mərasim turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində, Azərbaycan-Nyu York Assosiasiyasının üzvlərinin təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Nyu Yorkda yaşayan həmvətənlərimiz, Nyu York meriyasının təmsilçiləri, ABŞ-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar və yerli ictimayyətin nümayəndələri iştirak ediblər.
Üçrəngli bayrağımızı Azərbaycan dövlət himinin sədaları altında Nyu York səmasına qaldırılıb. Ölkəmizin bayrağı ABŞ bayrağı ilə birlikdə səmada dalğalanıb.
Bölgəni ziyarət edən turistlər bağrağımızın fonunda şəkil çəkdiriblər.
Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green” park bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək. Oktyabr ayının 27-də meydandakı Azərbaycan bayrağı Türkiyə Respublikasının 100 illiyi münasibəti ilə türk bayrağı ilə əvəz olunacaq.
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı