İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilard Erdan çıxışı edərkən deyib.
“Çoxunuz siyasi səbəblərdən dolayı HƏMAS-ı terror təşkilatı kimi tanımaq istəmirsiniz. Bu, faktları dəyişmir: HƏMAS imkan olduqca şüurlu şəkildə mülki əhaliyə hücum edir, uşaqları öldürür. Bu səbəbdən HƏMAS İŞİD-dən fərqlənməyən terror təşkilatıdır. HƏMAS dialoqa inanmır, dialoq istəmir, siyasi həlldə maraqlı deyil; HƏMAS yalnız yəhudilərin yox edilməsi və yəhudi dövlətinin məhv edilməsinə inanır. Heç nə belə soyqırımı ideologiyasını dəyişə bilməz. HƏMAS heç beynəlxalq hüququn varlığını tanımır. Əgər “iki dövlət” çözümü və beynəlxalq hüquq haqqında danışırsınızsa, xərçəngin müalicəsinin yalnız bir həlli var – bu hər xərçəng hüceyrəsinin məhv edilməsidir: İŞİD və “Əl-Qaidə” ilə edildiyi kimi – tam zərərsizləşdirilmə”, - Erdan qeyd edib.
Eyni zamanda, səfir HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumun soyqırımı cəhdi olduğunu vurğulayaraq, BMT TŞ-nin diqqət ayırmadığını bildirib.
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..