Bir neçə gün öncə sosial şəbəkələrdə qeyri-etik videosu yayılmaqda adı hallanan Şəmsi Səmədoğlu Bakı Beynalxalq Hava Limanında fotosunun yayılmasına münasibət bildirib. Qeyd edib ki, bu xəbər də tamami ilə əsassızdır və o Bakı şəhərindəki evindədir.
O, yayılan xəbərlərlə bağlı Publika.az-a açıqlamasında Bakını tərk etmədiyini qeyd edib: “Bu cür xəbərlərin necə və hardan qaynaqlandığını bilmirəm. İndidə foto yayıblar ki, guya mən Türkiyə respublikasına getmək üçün aeroporta gəlmişəm. Tamami ilə yalandır! Mən iş adamıyam. İstənilən vaxt hava limanına gedə bilərəm. Dostum gəlirdi Gürcüstandan onu qarşılaşmışam. Hazırda Bakıdayam, evimdəyəm. Bu cür yalan xəbərlərin yayılmasına isə sadəcə təəssüf edirəm. Bir daha təkrar edirəm. Bakıdayam, bir neçə günə qayıdacam işimin üstünə”,– deyə Ş.Səmədoğlu bildirib.
Məlumat üçün qeyd edək ki, yayılan fotoda Şəmsi Səmədoğlunun hava limanının içərisində qapalı yerdə kepka və eynək taxması da diqqət çəkib.Bundan əlavə iş adamının Türkiyə Respublikasına girişinə qadağa qoyulduğu da deyilir.
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..