İstənilən peşəkar siyasətçi şou göstərmir, qarşısına məqsəd qoyur. Paşinyandan fərqli olaraq, İlham Əliyev həm taktikanı, həm də strategiyanı bilən peşəkar siyasətçidir.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
“2020-ci ildən sonra da dedim ki, Əliyev Qərb platformasında Qarabağ məsələsini, daha sonra Rusiyanın köməyi ilə Mehri yolu (Zəngəzur dəhlizi - red.) məsələsini həll etməyə çalışacaq. İndi Əliyev Qarabağ məsələsini həll edib və onun Qərb platformasından götürəcəyi heç nə yoxdur. Qərbin hələ Azərbaycandan qazanacağı çox şey var. Onlar enerjidən asılıdırlar. Əliyev bütün məsələləri Praqa və Brüsseldə həll etdi. Əliyev Qərbin dəstəyi ilə Paşinyanın Qarabağın statusundan imtina etməsini və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını təmin etdi, hüquqi baxımdan məsələni birdəfəlik bağladı. İndi də Rusiya platformasında Mehri yolunun açılması məsələsini həll etmək istəyir”, - o bildirib.
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı