İngiltərənin “Mançester Siti” klubunun norveçli forvardı Erlinq Hooland dünyanın ən bahalı hücumçusu seçilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Transfermarkt” internet portalının siyahısında qeyd edilib.
Bildirilib ki, birinci yeri norveçli ilə Fransanın “PSJ” klubunun futbolçusu Kilian Mbappe bölüşür.
İlk üçlüyü “Real Madrid”dən Vinisius Junior (150 milyon avro - Qeyd) tamamlayıb.
Erlinq Hooland keçən mövsüm İngiltərənin "Mançester Siti"sinin ən yaxşı oyunçusu seçilib. O, 52 matçda iştirak edib, bütün yarışlarda 52 qol vurub və 9 məhsuldar ötürmə verib. Qeyd edək ki, bu, norveçlinin İngiltərə Premyer Liqasında (APL) debüt mövsümü idi.
Avqustun 31-də norveçli forvard Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) versiyasına görə ilin ən yaxşı futbolçusu seçilib.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq