Qəzzada valideynlər uşaqlarının bədənlərinə adlarını yazırlar ki, aviazərbələr zamanı ölsələr, onları tanıya bilsinlər.
BUTA.TV xəbər verir ki, bu barədə CNN-ə Qəzzadakı “Əl-Əqsa Şəhidləri” xəstəxanasının həkimi Əbdülrəhman əl-Əsri deyib.
“Uşaqların ayaqları və qarınlarına adlarının yazıldığı bir neçə halla rastlaşmışıq. Valideynlər narahatdır ki, hər şey ola bilər və heç kim uşaqlarını tanıya bilməyəcək. Bu o deməkdir ki, onlar hər an qurbana çevrilə və yaralana və ya işgəncəyə məruz qala biləcəklərini hiss edirlər”, - həkim bildirib.
Adının açıqlanmasını istəməyən bir nəfər də kanala açıqlamasında oxşar halla rastlaşdıqlarını deyib:
“Bir çox valideyn övladlarının adını ayaqlarına yazır ki, hava hücumlarından onları tanısınlar. Bu, Qəzza zolağında başlayan yeni fenomendir. Bir çox uşaq itkin düşüb. Bir çoxu bura kəllə sümüyünün qırılması ilə gətirilir. Onları müəyyən etmək mümkün deyil, yalnız bu yazılarla onların kimliyi müəyyən edilir”.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq