Xəbər verdiyimiz kimi, Ermənistan XİN Rusiyanın ölkədəki səfirini çağıraraq, ona “Birinci kanal”da gedən verilişə görə etiraz edib və nota təqdim edib.
BUTA.TV xəbər verir ki, Ermənistan XİN-in nota təqdimatına səbəb “Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı verilişdir.
“Birinci kanal” yayılan və Yutub kanalına yerləşdirilən verilişdə əvvəlcə Paşinyanın siyasi karyerasına “işıq” tutulur. Hətta Paşinyanın demədiyi sözlərdən (Məsələn, Qarabağla bağlı) “sitat” da gətirilir.
Paşinyanın sərt tənqid edən verilişin hazırlanmasının səbəbi həm də onun Brüsseldə, PA-da çıxışı, ayaqüstü alqışlanması və orada qərbmeyilli, Rusiyaya qarşı kursu elan etməsidir və bunu verilişin müəllifləri gizlətməyiblər.
“Anqlo-saksların marianetkası” adlandırılan Paşinyanın “cinayətə görə” həbs edildiyi də xatırladılır: 2008-ci il Seçkilərində Serj Sərkisyanın qalib gəldiyi, buna baxmayaraq, Nikolun xalqı spekulyasiya edərək, aksiyalar keçirdiyi yada salınır və 11 nəfərin qətlə yetirilməsi, yüzlərlə insanın yaralanmasına səbəb olan 2008-ci il 1 mart qırğını Paşinyanın üzərinə atılır.
2018-ci il aprelindəki “məxməri inqilab” zamanı Paşinyanın hətta atasının ona inanmadığı, “daha ağıllı şəxslərin baş nazirliyə namizəd olmasını” istədiyi kadrlar da yayılır.
Qısa avtobioqrafik süjetdən sonra isə Roma Statutunun ratifikasiya edildiyi xatırladılaraq, studiya müzakirələrinə başlanılır.
Daha ətraflı videomaterialda:
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq