Moskva polisi 2003-cü ildə törədilmiş cinayətin üstünü açıb. 20 ildir itkin düşmüş Aleksey Zirinin cəsədi bu ay tapılıb.
BUTA.TV Mətbuat.az-a istinadən bildirir ki, qətlə səbəb iki qruplaşma arasında münaqişələr olub. Qalib Yusubov adlı azərbaycanlı xeyriyyəçi "Zirin" ləqəbli kriminal aləmin nümayəndəsi Aleksey Zirini aldadaraq iş otağına aparıb. Burada olan digər killerlər Zirini növbəylə vurublar və xalçaya bükərək meşədə basdırıblar.
Polisin məlumatına görə, Qalib Yusubov bu ayın 12-də saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Qalib Yusubov Qazax rayonundandır. O, 1982-ci ildə Rusiyaya köçüb.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq