Kürdəmirdə ağır yol qəzası baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Kia" markalı minik maşını həmin hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına aşıb.
Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Xəsarət alanlar Ağdam rayon sakinləri - 50 yaşlı Səbinə Vaqif qızı İbrahimova, 53 yaşlı sürücü Zülfüqar İsrəfil oğlu İbrahimov və 13 yaşlı Ayxan Zülfüqar oğlu İbrahimlidir.
Hadisədə ölən qadının kimliyi hələ ki məlum deyil. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
- Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər?
- ABŞ İrana yenidən zərbə endirə bilərmi?
- Bu “bank”ın baş filialı Xankəndidə idi… - Araik
- İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı
- İran diplomatiya yolunu tərk etməyib - Ağayi
- İranda müharibə nə qədər davam edəcək?
- Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?
- Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı