Siyasi məsələlər həll olunarsa, Ermənistan Azərbaycandan qaz idxal etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın ərazi administrasiyası nazirinin müavini Akop Vardanyan Tiflisdə “İpək Yolu” forumunda çıxışı zamanı bildirib.
O, sovet dönəmində ölkəsinin belə bir təcrübəsi olduğunu xatırladıb:
"Bizim Sovet illərində bu cür təcrübəmiz olub. Biz qazı Azərbaycandan alırdıq, bizim Azərbaycandan üç nəhəng qaz kəmərimiz var idi və biz indi ölkələrimiz arasında siyasi məsələ həll olunduğu təqdirdə bu kəmərləri bərpa edə bilərik. Biz həm də Azərbaycandan Avropaya qaz nəqlində tranzit ölkə ola bilərik, eyni şey elektrik enerjisinə də aiddir", - Vardanyan bildirib.
Vardanyan həmçinin qeyd edib ki, Ermənistan Azərbaycandan Türkiyəyə və əksinə elektrik enerjisinin nəqli və ixracında, yaxud hər iki ölkəyə, eləcə də İran və Gürcüstan arasında elektrik enerjisi nəqlində rol oynaya bilər.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq