Normal miqdarda, həddi aşmadan şampan orqanizmə faydalı olub, yaşla bağlı dəyişlikləri profilaktika edə bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, Redinq Universitetinin alimləri elmi araşdırmalarında şampanın beyinə təsirini öyrənib.
Belə ki, içkidə olan fenol birləşmə beynin bəzi qavrama və yaddaş hissələrinə təsir edir. Alimlər müəyyən edib ki, həftədə 2-3 qədər şampan beynin degenerativ xəstəlikləri, o cümlədən Alsheymerə qarşı effektivdir.
Şampanın belə müsbət təsiri həm də antioksidant olması ilə əlaqədardır. Onun hazırlanmasında istifadə edilən üzüm orqanizmdə iltihabın qarşısını alır. Şampan şərabı xüsusi fermentasiyadan keçdiyi zaman onda vitamin və minerallar qalır.
Buna görə şampanın ürəyə də təsiri var. Belə ki, onda olan resveratrol əsas damarların zədələnməsinin qarşısını alır, tromb əmələ gəlməsinə qarşıdır. Şampan qandan azt oksidin çıxmasını yavaşıdır. Məhz azot turşusu damarları rahatladır, təzyiqi salır.
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir