Son günlər xüsusi təyinatlı nəqliyyat vasitələrinin, əsas da təcili tibbi yardım maşınlarının ardınca maşın sürüb, sui-istifadə hallarına yol vermə halları ilə tez-tez qarşılaşırıq.
“BUTA TV”nin məlumatına görə, sürücülərə çağırış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli baku.ws-ə açıqlamasında bildirib ki, vətəndaşlar bu növ nəqliyyat vasitələrinə qarşı məsuliyyətli olmalıdırlar:
“Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya mütəşəkkil nəqliyyat dəstələrinə qoşularaq hərəkətə davam olunmasına görə İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə uyğun olaraq 100 manat məbləğində cərimə və 3 cərimə balı nəzərdə tutulur. Bütün hərəkət iştirakçıları xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verməlidirlər. Onların yoluna maneə yaratmaqla hərəkətləri ardıcıl, davamlı, mütəşəkkil dəstələrə qoşulmaqla edən şəxslər unutmasınlar ki, onlar özlüyündə inzibati məsuliyyət daşıyırlar. Bununla yanaşı, bu növ nəqliyyat vasitələrini idarə edən, operativliyin təmini üçün nəzərdə tutulan işləri həyata keçirən şəxslərə maneə yaradılmaqla mənəvi öhdəlik də daşıyırlar.
Hər bir vətəndaşımızdan məsuliyyətli olmağı xahiş edirik. Operativ nəqliyyat vasitələrinin hər hansısa birimizin qapısına müxtəlif vaxtlarda gözlənilməyən hallarda gələ biləcəyini də unutmamalıyıq”.
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu