Bu gün depozitlərin 82 %-i bir ilədək olan əmanətlədir. Bu da bankların uzun müddətli biznes kreditləri verilməsinə mane olur.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, fevral ayında vergi güzəşti vaxtı bitəndən sonra 30 minədək olan depozitlərin artım tempi azalıb: “Dəyişiklik layihəsində məhz bu seqmentin stimullaşdırılması nəzərdə tutulur. Fiziki şəxslərin əmanətlərin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir”.
Taleh Kazımov qeyd edib ki, kapital bazarlarında 9 ayda fond birjası 37,1 % artıb: “Ölkədə nağdsız ödənişlərin artırılması siyasətimizin əsasını təşkil edir. Sırf belə ödənişlərin sayı 2,3 dəfə artıb. Keçən həftədən banklararası kartlarla olan əməliyyatlara komissiya haqları azaldılıb”.
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu