Qarabağda yaşayan ermənilərin Ermənistana köçməsindən sonra bu ölkədə əməlli-başlı hüquqi xaos yaranıb.
BUTA.TV xəbər verir ki, Ermənistan 30 il ərzində xaricə getmək üçün Qarabağdakı ermənilərə Ermənistan vətəndaşı pasportu verib. Onlar xaricə gedəndə Ermənistan pasportundan istifadə edirdilər. Ermənistan de-yure tanımadığı separatçı-terrorçu qurumun “vətəndaşlarının” xaricə çıxışını bu yolla həll edə bilmişdi.
İndi də Qarabağ erməniləri əsl çətinliklə üzləşiblər. Əllərində Ermənistan Respublikasının ümumvətəndaşlıq pasportunun olmasına baxmayaraq, İrəvan onları öz vətəndaş kimi qəbul etmir və müvafiq orqanlarda işlə də təmin etmir. Onlara verilən xarici pasportlarda qeydiyyat yerləri Xankəndi, Şuşa və digər Azərbaycan əraziləri göstərilib. Məhz bu səbəbdən onların Ermənistanda işlə təmin olunması, siyahıya alınması kimi prosedurlarda çətinliklər yaranıb.
Erməni hüquqşünas Ovannes Köçəryan məsələnin həlli ilə bağlı olduqca sadə təklif verib. Onun sözlərinə görə, Qarabağ ermənilərə verilmiş Ermənistan pasportundakı qeydiyyat yerlərini dəyişdirməklə, İrəvan problemi çox sadə şəkildə həll edə bilər.
Bundan başqa, Qarabağdan köçən ermənilərin əllərində olan Ermənistan pasportu onların beynəlxalq səviyyədə qaçqın kimi tanınmasına da imkan vermir. Bir zamanlar xaricə çıxmaq üçün mühüm vasitə olan bu pasportlar indi onlar üçün böyük hüquqi xaos yaradıb.
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu