Ukraynanın xarici işlər naziri Dmitri Kuleba türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Kuleba sosial şəbəkə səhifəsində məlumat verib.
“Berlində olarkən türkiyəli həmkarım Hakan Fidanla görüşdüm. Biz Qara dəniz regionunda təhlükəsizlik məslələri və Ukrayna taxılının dünya bazarlarına çıxarılmasını müzakirə etdik", - ukraynalı nazir bildirib.
Nazirlər, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, bu gün Berlində Almaniya diplomatiyasının rəhbəri Annalena Berbokun təşəbbüsü ilə xarici işlər nazirlərinin görüşü keçirilib.
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu