Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına təkliflər mübadiləsinin altıncı raundu keçirilir.
BUTA.TV xəbər verir ki, bunu bu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın iclasında deyib. O bildirib ki, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir:
“Bu sazişin birinci prinsipi ərazi bütövlüyünün iki ölkə tərəfindən qarşılıqlı tanınması ilə bağlıdır. İkinci prinsip sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədardır. Bu proses sovet dövrünün ən son və legitim xəritələri əsasında aparılmalıdır. Üçüncü prinsip isə regional nəqliyyat kommunikasiyaların açılması ilə bağlıdır”.
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu