Hazırda rayonlardan Bakıya qayıdan yüzlərlə insan Hacıqabul ərazisində yolda qalıb. Kürdəmirin çıxışından başlayan tıxac Ələtə kimi davam edir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, yolda maksimum sürət 10-20 km/saatdır. Milli Məclisin deputatı Razi Nurullayev və teleaparıcı Jalə Həsənli də tıxacda qalanlar arasındadır. Onlar bu barədə sosial şəbəkə hesabında məlumat və video paylaşıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt yolundakı vəziyyət barədə açıqlama verib.
Bildirilib ki, bu gün 16 radələrində Bakı- Qazax- Gürcüstan avtomobil yolunun 70-ci kilometrliyində iki nəqliyyat vasitəsi toqquşub:
“Hadisə nəticəsində sıxlıq yaranıb. Daha sonra zəncirvari qəza baş verib və ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Hazırda əraziyə əməkdaşlarımız cəlb olunublar. Avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub”.
- Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
- Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər?
- ABŞ İrana yenidən zərbə endirə bilərmi?
- Bu “bank”ın baş filialı Xankəndidə idi… - Araik
- İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı
- İran diplomatiya yolunu tərk etməyib - Ağayi
- İranda müharibə nə qədər davam edəcək?
- Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?