Rusiya xilasediciləri Kareliyada Oneqa gölünün dibində Fövqəladə Hallar Nazirliyinin "Mi-8" helikopterinin ekipaj üzvlərindən birinin meyitini aşkar ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Rufiyanın Kareliya Respublikasının əhalinin həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Komitəsi məlumat yayıb.
Daha iki ekipaj üzvünün cəsədi hələ də tapılmayıb. Bildirilib ki, dalğıclar Moskva vaxtı ilə saat 00:00-a qədər işlərini davam etdirəcək, bundan sonra onlar uzaqdan idarə olunan robotla göl dibində axtarışlar aparacaqlar.
Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Kareliyada Oneqa gölü üzərində təlim uçuşu həyata keçirən "Mi-8" helikopteri fevralın 4-də üç ekipaj üzvü ilə əlaqə kəsilib. Helikopterin qalıqları sahildən 11 km aralıda, digər hissələri isə göl dibinin 40-50 metr dərinliyində aşkar edilib.
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu