Saat 08:00 etibarilə ölkə üzrə bütün seçki məntəqələri açılıb və səsvermə başlayıb.
BUTA.TV xəbər verir ki, ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.
Hazırkı prezident seçkiləri müstəqilliyimiz tarixində ilk dəfə olaraq bütün ölkəmizi əhatə edir. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verəcək.
Prezident seçkilərində 7 namizəd mübarizə aparır: İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev və Fuad Əliyev.
Qeyd edək ki, səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Seçki məntəqələri saat 19:00-da bağlanacaq və səslərin sayımı başlayacaq.
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu