“Teleqraf” (The Telegraph) nəşri Rusiyanın NATO-ya mümkün hücumu ilə bağlı yeni ssenari yayıb.
BUTA.TV xəbər verir ki, toqquşma ssenarisi 5 mərhələyə bölünüb.
İlk mərhələ bu ilin yazında başlaya bilər. Belə ki, Rusiya 200 min insanı səfərbərliyə cəlb edərək Qərbin dəstəyinin səngiməsi fonunda Ukraynaya yeni hücuma keçəcək.
İkinci mərhələ bu ilin yayında ola bilər. Rusiyanın Baltikyanı ölkələri kiberhücumlarla hədəf alacağı və etnik ruslar arasında iğtişaşları artıracağı proqnozlaşdırılır.
Artıq 2024-cü ilin payızında Rusiya Federasiyası Belarusda hərbi təlimlərə başlamaq və Kalininqradı gücləndirmək üçün iğtişaşlardan bəhanə kimi istifadə edə bilər.
2024-cü ilin qışında Rusiya Polşa ilə Baltikyanı ölkələr arasında Suvalki körfəzində sərhəd münaqişəsi yarada bilər.
Beşinci mərhələ "qarşıdurmanın özü" adlanır: “Rusiya NATO qüvvələri ilə qarşılaşdıqda Putin hücum edib-etməyəcəyinə qərar verəcək”.
Qeyd olunur ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarına məruz qalmaqda davam edir. Hərbi xərclərin yenidən iki və ya üç dəfə artırılması ölkənin bir neçə il ərzində iflasına səbəb olacaq.
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu