Ukrayna Rusiya ordusu ilə müharibədə həlak olan hərbçilərinin sayını açıqlamır. Səbəblərdən biri müdafiəçilərin özlərinin təhlükəsizliyi ilə bağlıdır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin keçmiş müavini Anna Malyar deyib.
O etiraf edib ki, əvvəllər özü də bu məlumatın hansı səbəbdən gizlədildiyini hərbçilər izah edənə qədər anlamayıb:
“İtkilərin sayının açıqlanmaması söz azadlığı məsələsinə aid deyil. Əsas səbəblərdən biri odur ki, əməliyyatları planlaşdırarkən hərbçilər düşmən bölmələrində döyüşə hazır olan şəxslərin sayı ilə bağlı məlumatlara əsaslanırlar. Döyüş gedəndə, yaxud əməliyyat planlaşdırılanda harada nə qədər bölmənin olması hesablanır. Eyni zamanda itkilərə əsaslanaraq, bölmələrin daha hansı tapşırıqları yerinə yetirə biləcəyi təxmin edilir”.
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu