Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Şimali Qafqazda terrora dəstəyini davam etdirdiyini, hətta bu məsələnin ən yüksək səviyyədə müzakirəsinin belə vəziyyəti dəyişmədiyini bildirib.
BUTA.TV xəbər verir ki, o, bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Dəfələrlə məsələ qaldırmışam ki, ABŞ Şimali Qafqazda nə separatizmi, nə də terroru dəstəkləməlidir. Lakin onlar bunu davam etdirdilər. Qafqazdakı terror qruplaşmalarına siyasi dəstək, informasiya dəstəyi, maliyyə dəstəyi, hətta hərbi dəstək ABŞ və onun əlaltılarından gəlib”, - o bildirib.
Putin qeyd edib ki, ABŞ prezidenti ilə söhbətində bu məsələni qaldırıb:
“Deyir ki, ola bilməz, sübutunuz var? Deyirəm, bəli. Mən bu söhbətə hazır idim və ona bu sübutu verdim. Baxdı və bilirsən nə dedi? Üzr istəyirəm, amma olduğu kimi sitat gətirəcəyəm, dedi ki: “Yaxşı, onların arxasını dağıdacağam”. Cavab gözlədik, amma cavab olmadı. FTX-nin direktoruna MKİ ilə əlaqə saxlamağı və bu söhbətin nəticəsinin olub-olmadığını öyrənməyi tapşırdım. Bir dəfə, iki dəfə yazdıq, sonda cavab aldıq. Arxivdə cavabı saxlayırıq. MKİ-dən cavab belədir: “Biz Rusiyada müxalifətlə işləyirdik. İnanırıq ki, bu, düzgündür və müxalifətlə işimizi davam etdirəcəyik. Gülməlidir. Tamam. Anladıq ki, söhbət olmayacaq”.
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir