Dövlət başçısı İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin xahişi üzərinə Ermənistanın Baş naziri Nikol Paşinyanla yenidən Brüsseldə görüşə biləcəyini söyləyib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bunun üçün əsas şərt görüşün üçlü formatda təşkilidir:
“Masada Fransa Prezidenti Emmanuel Makron da yer almağa çalışarsa, görüş alınmayacaq və rəsmi Bakı üçün Brüsselin vasitəçiliyi yenə arxa plana keçəcək. Bunu Şarl Mişel də anlamamış deyil. Şarl Mişel üçün bu görüş həm də ona görə vacibdir ki, Avropa Birliyi ölkələrində seçkilər keçiriləcək və bunun əsasında birliyin icra strukturları yenidən formalaşacaq. Yəni 2024 Şarl Mişel üçün AB rəhbərliyində son il ola bilər. Buna görə də Mişel son ilində müxtəlif istiqamətlərdə uğur qazanmaq istəyir. Bu istiqamətlərdən biri də Azərbaycanla Ermənistan arasında vasitəçilikdir”.
Ekspertin fikrincə, Şarl Mişel digər avropalı rəsmilərdən fərqli olaraq iki ölkə arasında balansı pozmur və İlham Əliyev bunu müsbət qiymətləndirir:
“Əslində sülh sazişinin və ya çərçivə sazişinin Brüsseldə imzalanması həm Bakının, həm də İrəvanın maraqlarına cavab verər. Ancaq bunun üçün Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü ifadə edən bəndin qəbuluna və özündə ərazi iddiası əks etdirən Ermənistan Konstitusiyasının yenilənməsinə razı olmalıdır”.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq