Ermənistan NATO-ya attaşe göndərir - Papikyan

17:18 - 15 Fevral 2024 - GÜNDƏM

 Ermənistan NATO-ya attaşe göndərir - Papikyan

Ermənistan NATO-dakı missiyasında, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında və ATƏT-dəki nümayəndəliyində müdafiə məsələləri üzrə attaşe vəzifəsi təsis edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan qərar imzalayıb.

Papikyan attaşelərin Ermənistanın NATO-dakı missiyasında, mənzil-qərargahı Belçikanın Mons şəhərində yerləşən NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığında və ATƏT-dəki nümayəndəlikdə fəaliyyət göstərəcəyini bildirib.

Nazir eyni zamanda Ermənistanın NATO missiyasındakı hərbi nümayəndəsinin vəzifə səlahiyyətlərinin azaldıldığını qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol