Hazırda Bakıda 2 min avtobus fəaliyyət göstərir ki, bunun da ən azı 1 min avtobus dəyişməlidir.
BUTA.TV xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, marşrutların sayları və marşrutların özünün yaradılması meyarları tarix boyu o qədər də uğurlu olmayıb: "Nəticə etibarı ilə dayanacaqlara çoxsaylı avtobusların daxil olmasını, dayanacağın özündə sıxlığın əmələ gəlməsini müşahidə edirik. Biz yanaşmanı bir az dəyişdirdik, təhlilləri orta göstəriciyə görə deyil, pik saatların göstəricilərinə görə apardıq. Ancaq pik saatlarda müəyyən dəyişikliklər etməyimizə baxmayaraq, bu hələdə yetərli deyil".
A. Rzayev əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 180 marşrut xətti fəaliyyət göstərir ki, pik saatlarda bu xətlərin təxminən 20-dən çoxunda yüklənmə 90 %-dən çox olur: "Bu da, həmin marşrutlarda səhər və axşam saatlarında kifayət qədər sıxlıq yaranmasına səbəb olur".
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq