Hörmətli Əli müəllimə, (Əli Əsədov) mənim də hörmətim var, amma ona ünvanlanacaq suallarım da var.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
O, bildirib ki, cənab preziden ayın 14-də andiçmə mərasimində qeyd elədi ki, Azərbaycanda yeni bir dövr başlayır:
“Əli müəllimdən soruşmaq istəyirəm ki, bu dövr özünü nədə ehtiva edəcək və nədə göstərəcək? İkincisi, hökumət repititorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü? Cənab prezident söylədi ki, biz Türkiyə, türk dövlətləri ilə daha sıx inteqrasiya olunmalıyıq, bu baxımdan Türkiyə ilə ümumi bazar yaradılması barədə hər hansı bir ideya, düşüncələr, fikirlər varmı? Bundan başqa hesab edirəm ki, kasıb insanların nə Əli müəllimə, nə də bizim hökumət üzvlərinə heç bir pisliyi keçməyib. Ona görə də quru sərhələri nə vaxt açılacaq ki, tutaq ki, Gürcüstanda insdanlar gedib öz qohumlarını ziyarət edə bilsinlər?”.
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq