Yurgen Klinsman Cənubi Koreya milli komandasının baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Koreya Futbol Assosiasiyasnın (KFA) prezidenti Çunq Monq-kyu qurumun rəhbər heyəti ilə 2 saatlıq toplantıdan sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.
Tanınmış mütəxəssisin vəzifəsindən uzaqlaşdırılmasının səbəbi Qətərdə keçirilmiş Asiya kubokunda Cənubi Koreya milli komandasının uğursuz iştirakıdır. Klinsmanın komandası yarımfinal mərhələsində reytinq cədvəlində özündən 64 pillə aşağıda olan İordaniyaya məğlub olaraq, Cənubi Koreyanın Asiya çempionu olmaq arzusunun üstündən xətt çəkib.
Qeyd edək ki, Almaniya futbol tarixinin ən yaxşı oyunçularından olan Yurgen Klinsman oyunçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb. Ötən müddətdə Almaniya (2004-2006) və ABŞ millisinin (2011-2016), habelə “Bavariya” (2008-2009) və “Herta” (2019-2020) komandalarının baş məşqçisi olub. O, dünya (2010, 2018, 2022) və Avropa (2020) çempionatları üçün ESPN və BBC televiziya kanallarında mütəxəssis kimi çalışıb.
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..