Estoniyanın Baş naziri Kaya Kallas Rusiya Daxili İşlər Nazirliyinin onun barəsində axtarış elan edilməsi ilə bağlı qərarından qorxmadığını bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə o, Münhen təhlükəsizlik konfransı çərçivəsində “Röyters” agentliyinə müsahibəsində deyib.
“Bu hərəkət məni qorxutmaq, başqa cür verəcəyim qərarlardan çəkinmək məqsədi daşıyır. Ancaq bu, Rusiyanın ssenarisidir. Bunda təəccüblü heç nə yoxdur və biz qorxmuruq”, - Kallas deyib.
Qeyd edək ki, fevralın 13-də Rusiya Daxili İşlər Nazirliyi Kaya Kallas və Estoniyanın dövlət katibi Taymar Peterkopu axtarışa verib.
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı