HƏMAS üzərində tam qələbə qazana bilərik - Netanyahu

00:20 - 19 Fevral 2024 - GÜNDƏM

 HƏMAS üzərində tam qələbə qazana bilərik - Netanyahu

İsrail radikal HƏMAS hərəkatı üzərində tam qələbəyə nail olmaq əzmindədir.

BUTA.TV xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərliyi qarşısında çıxışı zamanı deyib.

“Biz HƏMAS üzərində tam qələbəyə nail olmaq əzmindəyik, bu da girovların azad edilməsi deməkdir. Bizim düsturumuz sadədir - güclü hərbi təzyiq və sərt danışıqlar mövqeyi", - deyə Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, İsrail ordusu Qəzza zolağında HƏMAS batalyonlarının dörddə üçünü məhv edib.

"Ümid edirəm ki, biz tezliklə girovların azad edilməsi ilə bağlı razılığa gələ biləcəyik", - deyə baş nazir vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol