Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
BUTA.TV xəbər verir ki, 37 yaşlı beynəlxalq dərəcəli hakim Bolqarıstanda “Ludoqorets” və İsveçrənin “Servett” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautreldir.
Qeyd edək ki, fevralın 22-də Razqrad şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İlk qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı