İlk oyunun hesabı bizi aldatmamalıdır.
BUTA.TV xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis ilk görüşdə səfərdə 4:2 hesablı qələbə qazanmalarına baxmayaraq, ehtiyatı əldən verməyəcəklərini bildirib:
“Çox vacib, dəyərli oyundur. Bu matç ətrafında çox danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. Cavab qarşılaşmasında daha intizamlı oynamalıyıq. İnanıram ki, futbolçularımız soyuqqanlı olacaq və düzgün oynayacaqlar. Matçı yaxşı notda başa vurmaq istəyirik. Şans varsa, bundan istifadə etməyə çalışacağıq".
Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ”-“Braqa” oyunu saat 21:45-də başlayacaq.
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı