Erməni mediası və ekspertləri azərbaycanlı idmançı Kamil Zeynallının Moskvadan qayıdarkən Domodedovo hava limanında saxlanılması ətrafında “şərhləri” davam etdirirlər.
BUTA.TV xəbər verir ki, az öncə Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin prezidenti Siranuş Saakyan Kamil Zeynallının Azərbaycana qaytarılacağı halda Rusiyanın “müharibəyə sponsorluq etdiyinin üzə çıxacağı” iddiası ilə şantaja başlayıb.
O iddia edib ki, guya Kamil Zeynallı köməksiz erməni mülki şəxsi xüsusi amansızlıqla qətlə yetirib və bunu internetdə yayıb. Buna görə də Ermənistanda barəsində 4 maddə ilə cinayət işi açılaraq, beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, erməni mediasının yadığı görüntünün Kamil Zeynallıya aidiyyəti yoxdur və ümumiyyətlə onun Rusiyada saxlanılması qanunsuzdur. Digər tərəfdən, Kamil Zeynallı artıq azadlığa buraxılıb. Bu məlumatı erməni ekspertin bilməməsi isə çox qəribədir.
Diqqəti çəkən digər məqam isə Kamil Zeynallının hələ də Azərbaycana qayıtmamasıdır.
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan