Ermənistanın 2023-cü il üçün ən böyük ticarət tərəfdaşı olan 10 ölkənin adı açıqlanıb.
BUTA.TV xəbər verir ki, ilk yerdə Rusiya qərarlaşıb.
2022-ci ildə Ukraynada müharibə başlayandan və Rusiyaya sanksiya tətbiq ediləndən sonra sanksiyaların dəlinməsində mühüm rol oynayaraq, ticarət həcmini 5 milyarda qaldıran Ermənistanın 2023-ci il nəticəsi, sadəcə, fantastik göstəricidir: Rusiya ilə ticarət 7 milyard 306 milyon dollara qalxıb.
İkinci yerdə 2,298 milyard dollarla BƏƏ, 3-cü yerdə isə 2,127 milyard dollarla Çin qərarlaşıb.
İlk onluğa daxil olan digər ölkələr belədir:
4. İran – 692,5 milyon dollar
5. ABŞ – 670 milyon dollar
6. Almaniya – 637,5 milyon dollar
7. İtaliya – 417,5 milyon dollar
8. Yaponiya – 348,1 milyon dollar
9. Türkiyə - 343,5 milyon dollar
10. Niderland – 298,8 milyon dollar.
Qeyd edək ki, Rusiya ilə ticarət dövriyyəsinin 2023-cü ildə 6 milyard dollara qədər artacağı proqnozlaşdırılırdı. Belə görünür ki, Ermənistan Rusiyanın sanksiyaları dəlməsində bütün sərhədləri keçib və dövriyyə 7,3 milyard dolları aşıb.
Maraqlıdır ki, Ermənistanın "böyük bacısı" Fransa ticarət tərəfdaşları siyahısında ilk onluğa belə düşməyib.
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan