Ukraynanın Rusiya ilə müharibədə qələbəsinə "yatırım etmək" uğursuzluğa düçar oldu, müharibənin özü isə “ukraynalı neonasistlərin şıltaqlığı” səbəbindən başladı.
BUTA.TV xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fiko Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ikinci ildönümü ilə bağlı çıxışında deyib.
“Bizi inandırdılar ki, Ukraynadakı münaqişənin yalnız hərbi yolla həlli var. Məncə, Ukraynadakı müharibənin ikinci ildönümü münasibətilə bir qədər fərqli bir şey söyləmək uyğundur: Qərb etiraf edə bilməz ki, münaqişənin davam etdirilməsi strategiyası Ukraynada işləmədi”.
Fikoya görə, Ukraynaya pul və silahla kütləvi dəstək, Rusiyaya qarşı sanksiyalar və Vladimir Putinin “saxta demonizasiyası” ilə birləşən Qərb strategiyası nəticə vermədi.
O qeyd edib ki, hər şeyə baxmayaraq, Rusiya “nə siyasi, nə də iqtisadi cəhətdən diz çökür”, müharibədə Ukraynadan daha böyük ərazi uğurlarına malikdir və hərbi istehsalını yeni şəraitə uyğunlaşdırır.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı