Belarusda keçirilən parlament seçkilərində yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 10:00) seçici fəallığı 43,64% təşkil edib.
BUTA.TV yerli mediaya istinadla xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko mətbuat konfransında bildirib.
"Saat 9 üçün ilk məlumat var: seçkilərdə iştirak 43,64% təşkil edib", - Karpenko bildirib.
Onun sözlərinə görə, ən yüksək aktivlik Mogilyov vilayətində (54%), ən aşağı aktivlik isə Minsk şəhərində (31%) qeydə alınıb.
Qeyd edək ki, Belarusda parlamentin aşağı palatası və yerli deputatlar şuralarına seçkilər keçirilir. Beş il müddətinə yerli şuraların 12514, parlamentin aşağı palatasının isə 110 deputatının seçilməsi planlaşdırılır.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı