Rusiya Prezidenti Vladimir Putin 2019-cu ildə Donbasda atəşkəsə çağırmışdı.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna. 2024” forumunda çıxışında deyib. Onun sözlərinə görə, 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində şəxsi görüşü zamanı Putin ondan Ukraynanın cənub-şərqində atəşkəsin əldə edilməsini istəyib:
“Mən ona dedim ki, Minsk razılaşmaları işləmir, çünki qoşunların təmas xəttinə çəkilməsi ideyasının özü işləmir. O, daim atəşkəs məsələsini gündəmə gətirirdi. Dedim ki, biz hələ 20 il dondurulmuş münaqişə vəziyyətində olacağıq ki, bu da müharibənin bitmədiyini göstərir. Bu barədə danışdıq”.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna lideri Vladimir Zelenskinin 2019-cu ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronu, sonra isə Almaniya kansleri Angela Merkeli aldatdığını açıqlamışdı.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı