Gündəlik qida rasionunuza sağlamlığa yararlı məhsullardan hazırlanmış az miqdarda şirniyyat əlavə etmək mövsümi keçid dövrlərini kökəlmədən keçirməyinizə kömək edə bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, həddən artıq iştahlısınızsa və ürəyiniz tez-tez şirniyyat istəyirsə, əvvəlcə həkiminizlə məsləhətləşməli və qan analizləri verərək bunun səbəblərini araşdırmalısınız. Əgər qan analizinizdə problem çıxmasa, evdə hazırladığınız şirniyyatlardan az miqdarda yeyə bilərsiniz.
Uzman dietoloq Didəm Yıldız Küçük səhər yeməyində çörəyin üzərinə çəkərək və ya qəlyanaltıda biskvitlərlə yeyə biləcəyiniz arıqladan şokolad reseptini bölüşüb. O, evdə hazırlanmış bu cür qidaların iştahı nəzarət altında saxlamağı asanlaşdırdığını deyib.
Tərkibi:
- 250 qram qovrulmuş fındıq;
- 2 xörək qaşığı kokos yağı;
- 3 xörək qaşığı bal;
- 1 çay qaşığı keçibuynuzu tozu;
- 2 xörək qaşığı kakao.
Hazırlanması: Qovrulmuş fındıq 180 dərəcədə qızdırılmış sobada 5-10 dəqiqə saxlanmalıdır ki, tərkibindəki yağ daha asan üzə çıxsın. Daha sonra fındıqları doğrayıcıdan keçirib əzmə halına gətirin. Fındıq yumşaq hala gələndən sonra digər inqrediyentləri əlavə edib qarışdırın. Qarışığı soyuducuda şüşə qabda saxlamaqla bir həftədən çox mühafizə etmək olar.
İstifadə qaydası: Dietoloq hazırlanan şokoladdan gündə cəmi 2 çay qaşığı yeməyin kifayət etdiyini vurğulayıb. Şokoladı səhər və ya günorta saatlarında yemək daha məqsədəuyğundur. Xroniki xəstəlikləri olanlar həkimlə məsləhətləşmədən bu şokoladı istehlak etməməlidirlər.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı