Rusiyalı jurnalist Vladimir Solovyov NATO ölkələrini nüvə zərbələri ilə hədələyib.
BUTA.TV xəbər verir ki, o, bu barədə “Rossiya” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunun canlı yayımı zamanı danışıb.
“Artıq Rusiyanın Fransa və Rumıniya ərazisinə taktiki nüvə silahı ilə zərbə endirmək üçün tutarlı səbəbləri var. F-16-lar nüvə başlıqları daşıya bilir. Hazırda Rumıniyada bu F-16-ların bazası üçün yerlər var. Onlar Rusiya ərazisinə doğru qalxsalar, bu hədəfləri yerindəcə vurmalıyıq. Gözləməməliyik ki, sərhədlərimizi pozsunlar, Kursk və ya Sankt-Peterburqu vursunlar. NATO ölkələrində yerləşən bu qanuni hərbi hədəflər məhv edilməlidir. Qərb qorxu hiss etməlidir. Fransa və Rumıniyadakı Rusiya üçün təhlükə yaradan hərbi bazalara taktiki nüvə raketləri ilə zərbələr endirilməlidir”, - o bildirib.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı