Ümumiyyətlə, istənilən danışıqlar hərbi əməliyyatdan daha məqbuldur. 2018-ci ildən bəri danışıqların pozulması 2020-ci ildə müharibəyə gətirib çıxardı. Bu mənada təmaslar vacibdir.
BUTA.TV xəbər verir ki, bu sözləri martın 1-də Ermənistan parlamentinin “Hayastan” fraksiyasının lideri Seyran Ohanyan deyib.
O bildirib ki, Azərbaycan bütün platformalardan ağıllı şəkildə istifadə edə bilir:
“Azərbaycan hakimiyyəti mütəmadi olaraq deyir ki, onlara vasitəçi lazım deyil. Bu onunla bağlıdır ki, onlar yalnız Ermənistan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar. Digər tərəfdən, onlar öz maraqlarını təbliğ etmək üçün həm Qərb, həm də postsovet platformalarından çox ağıllı şəkildə istifadə edirlər. Qərb platformasında dost ölkələrimiz var, qismən müşahidə missiyası istisna olmaqla, heç bir ölkənin yerlərdə dəstək vermək imkanı yoxdur”.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı