Yüksək temperatura uzun müddət məruz qalmaq kəskin işemik insult riskini artırır.
BUTA.TV xəbər verir ki, bu barədə “JAMA Netvork Open” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırmada Çindən olan kəskin işemik (qan laxtalanması nəticəsində yaranan) insult keçirmiş 82 min xəstə iştirak edib. Məlumatlar 2019-cu ildən 2021-ci ilə qədər olan dövrdə toplanıb. Alimlər xəstələrin yaşı, siqaret çəkmə tarixi, spirt istehlakı, cinsi, yaşayış bölgəsi və xəstəliyinə görə təhlil aparıblar.
Müəyyən edilib ki, kəskin işemik insult riski yüksək temperaturda daha yüksək olur. Yüksək temperatura məruz qalma nə qədər uzun olarsa, insult şansı da bir o qədər artır.
Nəticələr qlobal iqlim dəyişikliyi şəraitində yaşlı insanların yüksək temperaturdan qorunmasının vacibliyini göstərir.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı