Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina etdiklərinə görə, Avropa Birliyi ölkələrinin səfirləri qovulmalı və dövlətləri ilə diplomatik əlaqələr aşağı həddə endirilməlidir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X səhifəsində yazıb.
O, həmçinin qeyd edib ki, Avropa dövlətlərinin səfirlərinin Rusiya XİN rəhbəri ilə görüşdən imtina etməsi diplomatik missiyaların mövcudluğu ideyasına tamamilə ziddir.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov seçki öncəsi AB ölkələrin diplomatları ilə görüş təyin edildiyini, lakin görüşə iki gün qalmış qarşı tərəfin bundan imtina etməsini açıqlamışdı.
- İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?
- Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı