Alman zabitlər arasında söhbətin sızması qalmaqalı Kiyevə yeni silahların tədarükü ilə bağlı Almaniya ilə müttəfiqləri arasında yaranmış ixtilafı yenidən gündəmə gətirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” NATO-dakı mənbələrinə istinadla məlumat yayıb.
“NATO ölkələri məlumatın sızmasına səbəb olan təhlükəsizliyin olmamasından narahat olduqlarını bildiriblər. NATO-ya üzv ölkələrdən birinin nümayəndəsi Almaniyanı qeyri-peşəkarlıqda ittiham edib və bildirib ki, bunu heç vaxt təhlükəsizlik təlimi keçməmiş insanlardan gözləmək olar, amma hərbi məmurlardan deyil. Digəri Almaniyanın bu addımı atmasına təəccüblənmədiyini söyləyib. Sızma hadisəsi xüsusilə fransızları və ingilisləri qıcıqlandırıb”, - nəşr bildirib.
- “Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan
- Fidandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya