Türkiyə və Pakistan birgə hərbi təlimlər keçirir.
BUTA.TV xəbər verir ki, Türkiyə-Pakistan Birgə Komando və Xüsusi Təyinatlılar Təlimi (CİNNAH-2024) 3-16 mart 2024-cü il tarixləri arasında baş tutacaq.
Təlimlər İspartanın Eğirdir rayonundakı Dağ, Komando Məktəbi və Təlim Mərkəzi, həmçinin Ankaranın Gölbaşı rayonundakı Baş Qərargah Xüsusi Təyinatlı Komandanlığında paralel həyata keçiriləcək.
Məqsəd iki ölkə arasında komando-xüsusi təyinatlı əməliyyatı növləri ilə bağlı bilik və təcrübə mübadiləsidir.
Qeyd edək ki, bu il təlimlərə Türkiyə, növbəti il isə Pakistan ev sahibliyi edəcək.
- ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırır?
- Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?