Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı İrəvanın hər hansı qərar verməsindən xəbərsizik.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Zvartnotsdakı sərhədçilərə gəlincə, anladığımız qədəri ilə bu məsələ ilə bağlı heç bir qərar olmayıb. Heç kim bu qərarları bizə rəsmi kanallarla çatdırmayıb, biz MDB, Aİİ strukturları çərçivəsində, ikitərəfli münasibətlər səviyyəsində bütün istiqamətlərdə işləyirik”, - o bildirib.
Peskov qeyd edib ki, Rusiya və Ermənistan hazırda bir sıra mühüm layihələri həyata keçirir.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan rus sərhədçilərin Zvardnots hava limanında olmasının heç bir sazişlə tənzimlənmədiyini bildirib. Bunun ardınca isə aksiya keçirən ermənilər Rusiyanın ünvanına təhqiredici şüarlar səsləndirərək, rus sərhədçilərin Zvardnotsdan “rədd olmasını” tələb ediblər.
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi