Bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Abşeron rayonu ərazisində İlahiyyat Universiteti üçün yeni inzibati bina və kampus-kompleksi tikilməsi üçün müraciət edib.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, məhz bu məqsəd üçün Xırdalan şəhəri ərazisində, Ceyranbatan su anbarına panoraması olan 20 hektar torpaq sahəsi ayrılıb. Lakin sonradan universitetin tikintisi həyata keçirilməyib. Həmin ərazi şeyxlə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev arasında bölüşdürülüb.
Məlumata görə, ərazinin 10 hektarı şeyxin oğlu Məhəmməd Paşazadənin, digər 10 hektarı isə Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına sənədləşdirilib. Şeyxin oğlunun adına olan ərazidə "Blue City" yaşayış kompleksi tikilib və hazırda satış həyata keçirilir.
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi
- Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər
- İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri
- Azər Bayramov nazir müavini təyin edildi
- Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?